Dövlət büdcəsinin gəlirləri artıb

17:23 - 16.05.2024


16 may, Fineko/abc.az. Cari ilin dörd ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard 749,5 milyon manat təşkil edib.

Bu barədə ABC.AZ  Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Qeyd edək ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur.

Nəticədə dörd ayda büdcədə 2 milyard 509,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4% azdır.