Xarici investorlar İranda yeddi neft yatağının işlənməsi barədə tenderdə qalib gəliblər

17:27 - 16.05.2024


16 may, Fineko/abc.az. İranda yeddi neft yatağının işlənməsi üzrə tenderi xarici investorlar qazanıblar.

ABC.AZ xəbər verir ki, İran Milli Neft Şirkətinin (NIOC) rəhbəri M.H.Mehr İranın neft sektoruna xarici investisiyaları fəal şəkildə təşviq etdiyini qeyd etdi.

O, həmçinin qeyd edib ki, İran müxtəlif ölkələrlə neft müqavilələri imzalayıb və yeni sazişlər barədə danışıqlar aparır. 

Bu bəyanatlar Tehranda keçirilən 28-ci Beynəlxalq Neft, Qaz, Neft Emalı neft-kimya sərgisində (Iran Oil Show 2024) edilib.
Sərgidə Argentina, Avstriya, Belarusiya, Çin, Fransa, Hindistan, Yaponiya və Rusiya da daxil olmaqla 12 ölkədən 250-dən çox şirkət və 1 500 yerli şirkət iştirak edib.