“Auto Azərbaycan” məhkəməlik oldu

17:26 - 16.05.2024


16 may, Fineko/abc.az. “Auto Azərbaycan” MMC barəsində gömrük  qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci  maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır.

Məhkəmə baxış iclası 22 may 2024-cü il, saat 11:00-a təyin edilib.