Neft bahalaşır, Brent bir barelə $83,58 təşkil edir

09:40 - 17.05.2024


17 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri Cümə günü hərracda yüksəlir və həftəni artımla başa vurur.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:35-də $0,31 (0,37%) artaraq bir barelə $83,58-a çatıb. Mayın 16-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,52 (0,63%) artaraq bir barel üçün $83,27-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:35-də $0,17 (0,21%) artaraq bir barelə $79,40-a çatıb. Mayın 16-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,60 (0,76%) artaraq bir barel üçün $79,23-a çatıb.

Bu həftə Brent markalı neft 0,95%, WTI neft isə 1,46% bahalaşıb.