Britaniyanın Azərbaycanda qızıl çıxaran şirkəti zərər edib

10:31 - 17.05.2024


17 may, Fineko/abc.az. Böyük Britaniyanın Azərbaycanda qiymətli və əlvan metal çıxaran şirkəti “Anglo Asian Mining PLC”nin ötən il ekoloji qalmaqaldan sonra gəlirləri kəskin düşüb və nəticədə zərərlə üzləşib.

ABC.AZ xəbər verir ki, “Anglo Asian Mining” 2023-cü ildə $45.9 milyon gəlir əldə edib ki, bu da həmin dövrə olan rəsmi məzənnəyə görə (USD/AZN: 1.7000) 78.03 milyon manat ekvivalenti təşkil edir.

2022-ci ildə mədən şirkətinin $84.7 milyon gəliri olmuşdu. Bu da 2023-cü ildə $45.9 mln. və ya 46% azalması deməkdir.

2023-cü ildə Gədəbəydə bu şirkətin qızıl mədəni ilə bağlı ekoloji səbəblər əsas gətirlərək narazılıqlar baş vermişdi və nəticədə bu mədəndə işlər dayandırılmışdı. Hesabatda da qeyd edilir ki, 2023-cü ilin avqust-dekabr ayları arasında hasilatda fasilələr baş verib.

“Anglo Asian Mining” 2023-cü ildə $24.8 milyon əməliyyat zərəri edib. Halbuki, bu 2022-ci ildə $9.3 mln. mənfəət idi. Şirkətin zərəri, yəni vergiyə qədər hesablanan $32 mln. olub (2022: $7.5 mln. mənfəət).

Mədən şirkəti 2023-cü ildə 15 822 unsiya qızıl satıb. Bu 2022-ci ildə 34 918 unsiya təşkil edirdi. Qızıl külçə satışı orta hesabla bir unsiya üçün $1 951-ə ticarət edilib bu öncəki ildə $1 783 idi.