Çinin ən bahalı markaları - "Tik tok" birinci oldu

10:39 - 17.05.2024


17 may, Fineko/abc.az. “TikTok” Çin Sənaye və Kommersiya Bankını (ICBC) keçərək ölkənin ən bahalı markası olub.

ABC.AZ xəbər verir ki, bu “Brand Finance China 500” şirkətinin hesabatından sonra məlum olub. Qeyd edilib ki, sosial şəbəkənin brend dəyəri il ərzində 28% (84.2 milyard dollar), bankın dəyəri isə cəmi 3.3% (71.8 milyard dollar) artıb. 

Üçüncü yerdə “State Grid Corporation of China” (+21%, 71.15 milyard dollar), dördüncü yerdə isə “China Construction Bank” (+4.7%, 60.4 milyard dollar) dayanır. İlk beşliyi “Agricultural Bank Of China” tamamlayır (+4.7%, 60.4 milyard dollar).

“Bank of China” (+6.6%, 50.5 milyard dollara qədər) səkkizinci yerdən altıncı yerə yüksəlib. Yeddinci yeri spirtli içki brendi “Moutai” (+0.7%, 50.1 milyard dollara qədər) saxlayıb.

“Ping An” sığorta brendi 0.7% (44.4 milyard dollara qədər) ucuzlaşıb, lakin eyni zamanda reytinqdə doqquzuncu yerdən səkkizinci yerə yüksəlib. Telekommunikasiya brendi “China Mobile”in dəyəri 2% artaraq 44.2 milyard dollara çatıb.

“WeChat” messencerinin dəyəri 16.8% azalaraq 41.8 milyard dollara qədər azalıb. Şirkət reytinqdə onuncu yeri tutub.

“Huawei” brendi ilk 10-luqdan kənarda qalıb və bu il on ikinci yerdədir.

Müəllif: Elmir Murad