10:55 - 17.05.2024
17 may, Fineko/abc.az. Köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığı deyilir. İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a taksi sürücüləri məlumat verib.
Bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib.
Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır.
“Artıq istehsal ili 1999-cu il olan avtmobillərə sifarişlər bloklanıb. İyunun 1-dən etibarən 2005-ci ildə istehsal olunan avtomobillərə də sistem üzərindən sifarişlərə blok qoyulacaq. Bu isə taksi çatışmazlığına, qiymət artımına gətirib çıxarır”, – Murad Məmmədov adlı taksi sürücüsü bildirib.
O, artıq köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığını da bildirib.
“1999-cu ildə istehsal olunan “Çeşka” adlandırdığımız avtomobillərə artıq sifariş ötürülmür. Bir azdan 2005-ci ilədək olan “Opel” və digər markalı avtomobillərə də sifarişlərə blok qoyulacaq. Bundan sonra taksi çatışmazlığı daha qabarıq özünü biruzə verəcək. Çünki, taksi kimi istifadə edilən avtomobillərin çoxu köhnədir. Qiyməti 30-40 min manat olan avtomobili alıb taksi kimi işlətmək sürücülərə sərf etmir”, – sürücü bildirib.
AYNA-dan isə bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025