İslandiyada dünyanın ən böyük "karbon tozsoranı" işə salınıb

11:13 - 17.05.2024


17 may, Fineko/abc.az. "Climeworks" şirkəti İslandiyada "Mamont" obyektinin istifadəyə verildiyini elan edib. Bu, atmosfer karbonunu xaric etmək üçün xüsusi filtrlərdən keçən nəhəng bir hava təmizləyici qurğudur. Maddə toplanır və təzyiq altında planetin atmosferini təmizləmək üçün yerin təkinə vurulur.

ABC.AZ xəbər verir ki, yeni obyekt ildə 36.000 ton karbon sovura bilər. Bu, təxminən 7800 daxili yanma mühərrikli avtomobilinin atmosferə tullantılarına bərabərdir. "Mamont"un işləməsi üçün istifadə olunan bütün enerji geotermal mənbələrdən alınır.

Layihə ekologiyaya əhəmiyyətli fayda gətirmir, neft şirkətləri üçün yaradılan bir növ texnoloji hiylədir. Bu cür qurğuların faydalı iş əmsalı standart olaraq mənfi olur, lakin korporasiyalara yanacaq xərclərini belə "əsaslandırmağa" imkan verir ki, guya bunun bir hissəsi atmosferdən karbon hopulmasına sərf olunur.