Son 20 ildə iqtisadiyyatı ən çox artan ölkələr - SİYAHI

11:15 - 17.05.2024


17 may, Fineko/abc.az. Ən böyük iqtisadi gücə sahib 14 ölkə arasında son 20 ildə iqtisadiyyatı ən çox artan ölkə Çindir.

ABC.AZ xəbər verir ki, sözügedən araşdırmanı “Data Statistics” şirkəti aparıb.

Araşdırmadan sonra məlum olub ki, 2003-2023-cü illər arasında Çin iqtisadiyyatı 966% artarkən, Yaponiya iqtisadiyyatı 6% azalıb.

Ən böyük iqtisadi gücə sahib 14 ölkənin son 20 ildə iqtisadiyyatının necə dəyişdiyini sizə təqdim edirik:

Çin: 966%

Hindistan: 503%

İndoneziya: 455%

Səudiyyə Ərəbistanı: 395%

Rusiya: 303%

Braziliya: 281%

Türkiyə: 265%

Kanada: 136%

ABŞ: 135%

Almaniya: 77%

Fransa: 65%

Böyük Britaniya: 61%

İtaliya: 38%

Yaponiya: -6%