“Molokan” bağı kimi tanınan Xaqani parkı hasarlanıb - Yenudən qurulur

12:05 - 17.05.2024


17 may, Fineko/abc.az. Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının “Molokan” bağı kimi tanınan Xaqani parkı hasarlanıb.

ABC.AZ xəbər verir ki, bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan  bildirilib ki, hasarlanma parkın ərazisinin genişləndirməsi ilə əlaqədardır:

“Hazırlanmış xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək”.