Fərid Hüseynov: “Kapital Bank”ın “Naxçıvan Bank”ı, almaq planı yoxdur

14:04 - 17.05.2024


17 may, Fineko/abc.az.“Kapital Bank”ın “Naxçıvan Bank”ı, eləcə də başqa hər hansı bir bankı almaq planı yoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov bankın ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Fərid Hüseynov bildirib ki, “Naxçıvan Bank”dan “Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 184 milyon manat həcmindədir: “Kredit portfelinin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb”.