14:22 - 17.05.2024
17 may, Fineko/abc.az. “Feadship” şirkəti dünyanın ilk hidrogen yaxtası olan Project 821-i suya buraxıb. Bu həmçinin Hollandiyada indiyə qədər işə salınan ən iri yaxtadır. Layihə 821-in uzunluğu 119 metr, eni isə 19 metrdir.
ABC.AZ xəbər verir ki, Project 821-in əsas xüsusiyyəti hidrogenlə işləmək qabiliyyətidir.
Hidrogen dünyanın ən yüngül kimyəvi elementidir: 1 m3 maye hidrogen 70 kq, 1 m3 dizel isə təxminən 800 kq çəkisindədir.
Ancaq hidrogen yalnız təzyiq altında və çox aşağı bir temperaturda saxlanıla bilər. Bunun üçün yaxtanın göyərtəsinin altında 92 m3 (təxminən 4 ton) hidrogeni -253c temperaturda saxlayan böyük bir rezervuar tikilib. Cəmi hidrogenin saxlanılması üçün dizel yanacığından fərqli olaraq, 8—10 dəfə çox yer tələb olunur.
Yaxta hər zaman hidrogenlə işləyə bilməz. Yalnız limana girib çıxarkən və ya ekoloji təmiz ərazilərdən keçərkən hidrogenə keçə bilər. Hidrogendə maksimal sürət saatda 18 km-dir.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024