Dövlət Agentliyi auditor axtarır

14:31 - 17.05.2024


17 may, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 62,54 manatdır.

ABC.AZ xəbər verir ki, iddiaçılar təkliflərini iyunun 6-sı, saat 15:05-ə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2 B ünvanına təqdim edə bilərlər.