USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir Foto

15:28 - 17.05.2024


Holcim şirkəti qürur hissi ilə “USTA MƏNƏM!” müsabiqəsinin başlandığını elan edir. Müsabiqə Azərbaycanda suvaq və hörgü işlərində 2024-cü ildə ölkənin ən peşəkar ustasını müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Müsabiqənin əsas tərəfdaşı Azad İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Peşə Təhsili Mərkəzidir.

Bu maraqlı müsabiqə yerli peşəkarlar arasında qabaqcıl sement materialları və innovativ qarışıqlar haqqında bacarıq və məlumatların inkişafına dəstək vermək məqsədi daşıyır.

Müsabiqədə ölkənin bütün bölgələrindən olan ustalar QR kod vasitəsilə onlayn ərizəni dolduraraq və özləri haqqında qısa videonu +99451 250 80 65 (WhatsApp) nömrəsinə göndərməklə qeydiyyatdan keçərək iştirak edə bilərlər. Təşkilatçılar tərəfindən təsdiq zəngindən sonra qeydiyyat tamamlanacaq.

 Müsabiqə iki mərhələdən ibarətdir: ölkənin 14 rayonunda keçiriləcək seçim mərhələsinə 400-dən çox usta qatılacaq. Hər mərhələnin 2 yaxşı nəticəsi Bakıda keçirilən final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsinə çıxan 28 iştirakçı ilin ən yaxşı ustası adı uğrunda mübarizə aparacaq.

Hər bir mərhələdə tapşırıqlar peşəkarlıq, sürət, dəqiqlik və səliqəlilik tələb edir. İşlər kərpicdən arakəsmə divarların tikilməsi və suvaq işlərindən ibarətdir. Texniki tapşırığın şərtlərini yerinə yetirmək üçün Holcim sementi və quru qarışıqlardan istifadə ediləcək.

Müsabiqədə iştirak edən bütün iştirakçılar və ziyarətçilər qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin qalibi isə avtomobil sahibi olacaq. Bundan əlavə, ustalara müsabiqə zamanı istifadə olunan tikinti materialları, o cümlədən Holcim şirkətinin kisə sementi və yeni “Tector” quru qarışıqları çeşidi təqdim olunacaq.

Holcim hər kəsi bu maraqlı müsabiqədə iştirak etməyə dəvət edir, çünki Usta Sənsən! Ətraflı məlumat üçün www.holcim.az saytına daxil olun və ya *1010 nömrəsi ilə təşkilatçılarla əlaqə saxlayın.