Meksika körfəzində barjanın toqquşması nəticəsində təxminən 48 barel neft sızıb

15:35 - 17.05.2024


17 may, Fineko/abc.az. Meksika körfəzində barjanın Texasın Qalveston şəhərində körpü ilə toqquşması nəticəsində təxminən 48 barel neft sızıb.

ABC.AZ xəbər verir ki, Sahil Mühafizəsi barjanın yuxarı hissəsindən təxminən 14 barel neft tərkibli su qarışığı, həmçinin suya düşməyən daha 133 barel neft məhsulları çıxarıb.

Barjanın sahibi olan gəmiçilik şirkətinin vitse-prezidenti Rik Frid qeyd edib ki, körpü ilə toqquşma zamanı o, 23 min barel, ümumi tutumu 30 min barel olan neft nəql edirdi.