Dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması artıb

16:05 - 17.05.2024


17 may, Fineko/abc.az. Dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-aprel aylarında 6,0 milyon ton yük, 2 milyon 565,7 min sərnişin daşınıb,

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında isə 23,5 faiz artım müşahidə olunmuşdur.

Orta hesabla sutkada 277 vaqon yüklənmiş, 419 vaqon isə boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,8 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilıb.