“Twitter” rəsmən "X" oldu

16:28 - 17.05.2024


17 may, Fineko/abc.az. İlon Mask “Twitter”i satın aldıqdan sonra adını X olaraq dəyişdirdi.

ABC.AZ xəbər verir ki, artıq mikrobloq saytının URL-si də rəsmi şəkildə “X.com” olaraq dəyişdirilib.

URL dəyişikliyinə əlavə olaraq, X-in giriş səhifəsinin altına müvafiq məlumat əlavə edilib:

“Sizə bildirmək istərdik ki, biz URL-mizi dəyişmişik, lakin məxfilik və məlumatların qorunması parametrləriniz eyni qalacaq.”