BƏƏ on illik Blue Residency vizasını təqdim edirlər

16:37 - 17.05.2024


17 may, Fineko/abc.az. Abu Dabi Nazirlər Kabineti "BƏƏ daxilində və xaricində ətraf mühitin qorunmasına və davamlı inkişafa müstəsna töhfələr verən" əcnəbilər üçün yeni "mavi" viza (Blue Residency) təsdiqləyib.

ABC.AZ xəbər verir ki, viza on il müddətinə veriləcək.

Dubayın vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd bin Rəşid əl Maktumun qeyd etdiyi kimi, söhbət "dəniz mühiti, quru ekosistemləri və ya hava keyfiyyəti, davamlı inkişaf texnologiyaları, dairəvi iqtisadiyyat və ya əlaqəli sahələr" olmaqla ətraf mühitin qorunmasına verdiyi töhfələrdən gedir.
Blue Residency, o cümlədən beynəlxalq şirkətlərin üzvləri, assosiasiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq mükafatlar laureatları, eləcə də ətraf mühitin mühafizəsi sahəsində görkəmli fəallar və tədqiqatçılar, həm əmirlik vətəndaşları, həm də ətraf mühitin mühafizəsi sahəsində çıxış edən digər ölkələrin nümayəndələri daxil olmaqla, ətraf mühitin mühafizəsi fəaliyyətinin tərəfdarlarına təqdim ediləcək.