Azərbaycanda 3 ayda 2 500 iş yeri bağlanıb

17:18 - 17.05.2024


17 may, Fineko/abc.az. 2024-cü ilin birinci rübü ərzində ölkədə 2.5 min iş yeri bağlanıb.

ABC.AZ xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 53.5 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 50.9 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 49.1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.