Türkiyə “Kaan” hərbi təyyarəsi layihəsinin icrasına 2 milyard dollar xərcləyib

17:52 - 17.05.2024


17 may, Fineko/abc.az. Türkiyənin “Kaan” milli döyüş təyyarəsinin hazırlanması layihəsinə yatırdığı investisiyalar hazırda ümumilikdə 2 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə TAI şirkətinin (Turkish Aerospace Industries) baş direktoru Temel Kotil bildirib.

O qeyd edib ki, Türkiyə qırıcısı öz xüsusiyyətlərinə görə F-35-dən üstündür. F-35 6 tona qədər sursat daşıdığı halda, bu təyyarə 10 ton daşımaq gücünə malikdir, onun daha səmərəli mühərriki var. Ümumiyyətlə, onun sözlərinə görə, Kaan-ı yalnız Amerikanın F-22 qırıcısı ilə müqayisə etməyə dəyər. Kotil bir təyyarənin qiyməti barədə məlumat vermədi, lakin F-35 vahidinin dəyərinin 130 milyon dollar olduğunu xatırlatdı.