Rusiyada Citroen və Peugeot avtomobillərinin onlayn satışları başladı

12:00 - 20.05.2024


20 may, Fineko/abc.az. Kaluqa zavodunda Citroen C5 Aircross avtomobillərinin yığılmasını işə salan "Avtomobil texnologiyaları" şirkəti bu il mayın 20-dən avtomobillərin birbaşa onlayn satışına başlayıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, birbaşa satış layihəsi yalnız Rusiya istehsalı olan avtomobilləri deyil, həm də idxal olunanları da əhatə edəcək. Dilerdən klassik əməliyyat xidmətləri (avtomobil sığortası, kreditləşmə, "treyd-in"), habelə potensial müştəriyə maliyyə yükünün bir hissəsini aradan qaldıracaq korporativ təşviq tədbirləri təklif ediləcək.