Bezosun “Blue Origin” şirkəti suborbital uçuşları yenilədi — ən yaşlı sərnişinin 90 yaşı var

12:27 - 20.05.2024


20 may, Fineko/abc.az. Jeff Bezosun “Blue Origin” şirkəti, təxminən iki illik fasilədən sonra turistləri yenidən kosmosa göndərib. 

ABC.AZ xəbər verir ki, yenidən istifadə edilə bilən New Shepard kosmik gəmisindəaltı nəfər olub. Sərnişinlər arasında kosmosda ən yaşlı insan olan 90 yaşlı Ed Duayt da var. Bütün uçuş təxminən 11 dəqiqə davam edib. Sərnişinləri olan kapsul Karman xəttinə, Yer atmosferi ilə 100 km yüksəklikdə açıq kosmos arasındakı sərhədə çatıb, orada təxminən üç dəqiqə qalıb, sonra paraşüt sistemindən istifadə edərək yumşaq eniş edib.

Bu, New Shepard-ın göyərtəsində ekipajlı altıncı suborbital missiyasıdır və 2022-ci ilin sentyabrında baş verən qəzadan sonra ilk missiyadır.