“Halal Food” MMC-nin Gürcüstandan gətirdiyi toyuq ətləri yararsız çıxdı

12:27 - 20.05.2024


20 may, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən “Halal Food” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Chirina LTD” müəssisəsinin istehsalı olan ümumi çəkisi 5048 kq dondurulmuş toyuq əti məhsulu partiyalarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

ABC.AZ AQTA-ya istinadən xəbə verir ki, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.