Rusiyanın bu şəhərindən İstanbula avtobuslar işə salınacaq — Tarix 

12:45 - 20.05.2024


20 may, Fineko/abc.az. Mayın 25-dən Rusiyanın Rostov-na-Donu şəhərindən İstanbula avtobuslar işə salınacaq.

ABC.AZ xəbər verir ki, reyslər hər çərşənbə axşamı və cümə günü Rostovun əsas Avtovağzalından Eurolux sinifli Mercedes-Benz avtobuslarında həyata keçiriləcək. 

Gediş müddəti təxminən 40 saatdır. Gediş haqqı bir tərəfə 8 560 rubl ($93.82) təşkil edir.