Dəmir yolu ilə Gürcüstana gedən yüklərin 22,9 faizi Azərbaycanın payına düşür

14:39 - 20.05.2024


20 may, Fineko/abc.az. 2024-cü ilin birinci rübündə Gürcüstanın dəmir yolu ilə yük daşımalarının həcmi illik ifadədə 2.5% artaraq 3.2 milyon tona çatıb.

ABC.AZ xəbər verir ki, məlumatı Gürcüstan Milli Statistika İdarəsi yayıb.

Bildirilib ki, bütün yüklərin 12%-ni daxili daşımalar, 28.9%-ni beynəlxalq daşımalar, 59.1%-ni isə tranzit təşkil edib.

Cari ilin yanvar-mart ayları ərzində Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22.9%-i Azərbaycanın, 53.5%-i Rusiyanın payına düşüb.