Azərbaycan və Tacikistan arasında 8 sənədlər imzalanıb

14:57 - 20.05.2024


20 may, Fineko/abc.az. Bakıda keçirilmiş Azərbaycan-Tacikistan biznes forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.

ABC.AZ xəbər verir ki “TALKO” ASC ilə “Azəralüminium” ASC arasında Anlaşma Memorandumu imzalanıb.  Tacikistan hökuməti yanında İxrac Agentliyi olan “Tajaqropromeksport” Dövlət Unitar Müəssisəsi və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Lesinvest” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıq yağının satışı və tekstil istehsalı sahəsində təcrübə mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Vodii Zarrin Aqrar Alyansı” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıqçılıq, xam pambıq emalı və tekstil istehsalı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Marmari” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıqçılıq, o cümlədən pambıq toxumlarının emalı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.