Çində dünyanın ən böyük elektrik konteyner gəmisi işə salınıb

15:43 - 20.05.2024


20 may, Fineko/abc.az. Çində dünyanın ən böyük elektrik konteyner gəmisi işə salınıb. Batareyasının ölçüsü bina boydadır.

ABC.AZ xəbər verir ki, gəmi 50 MVt / Saat (50.000 kVt / saat) gücündə batareya ilə qidalanır. Greenwater 01 Şanxay və Nanjing arasında hərəkət edəcək. Şəhərlər arasındakı məsafə təxminən ~350 km-dir.

Batareyalar standart 20 futluq konteynerlərə uyğun olan xüsusi konteynerlərdə yerləşdirilir. Hər bir konteynerdə 1600 kVt/saat batareya var.