Azərbaycanda ən çox nöqsan aşkarlanan qurumlar - SİYAHI

15:50 - 20.05.2024


20 may, Fineko/abc.az. Azərbaycanda 2023-2024-cü illərdə ən çox dövlət metroloji nəzarət tədbirləri "Bakı Metropoliteni" QSC-də aparılıb.

ABC.AZ Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu qurumda yoxlanılan 6 713 cihaz və avadanlıqların hamısında nöqsan aşkar edilib.

Bundan başqa, "AzərEnerji" ASC-də aparılan 5 578 cihaz və avadanlıqların 3 911-də, "Azərbaycan Dəmir Yolları" ASC-də 3 618 yoxlanılan cihaz və avadanlıqların 3 481-də nöqsan aşkarlanıb. Məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yoxlanılan 639 cihaz və avadanlığın 250-də nöqsan aşkarlanıb.

Hesabat dövründə Kənd Təsərrüfatı Nazirliyində yoxlanılan 544 cihaz və avadanlığın hamısında, "Azərbaycan Hava Yolları" QSC-də yoxlanılan 375 cihaz və avadanlığın 231-də nöqsan aşkarlanıb. (Report)