Çindən kapital aıxnı intensivləşib

16:20 - 20.05.2024


20 may, Fineko/abc.az. Aprel ayında Çindən kapital aıxnı intensivləşib, ölkədəki banklar öz müştərilərinə 36.7 milyard dollar xarici valyuta satıb ki, bu da 2016-cı ilin sonundan bəri maksimum göstərici olub, “Bloomberg” yazır.

ABC.AZ xəbər verir ki, materialda bu, “ixracatçıların dolların konvertasiyasını dayandırdığı, sakinlərin xaricə səfər zamanı xarici valyuta almağa başladığı və investorların yuanla ifadə olunmayan qiymətli kağızlara üstünlük verdiyi” zaman vaş verdiyi qeyd edilib.

Agentlik, ölkə banklarının xaricə 29.5 milyard dollarlıq vəsait köçürdüyünə diqqət çəkir, hansı ki rekord olub.