Rusiyada zəruri mallar bahalaşır — analitiklərin proqnozu

16:36 - 20.05.2024


20 may, Fineko/abc.az. Analitiklərin proqnozlarına görə, Rusiyada zəruri mallar bahalaşır.

ABC.AZ xəbər verir ki, yaxın gələcəkdə qiymətlərin 30%-ə qədər artması çörək, ət, yumurta, süd, balıq, dənli bitkilər, makaron, yağ, duz və şəkər, həmçinin meyvə və tərəvəzlərə təsir edəcək.

Analitiklər bu tendensiyanı rublun zəifləməsi, yüksək faiz dərəcələri və əmək bazarındakı kəskin kəsirlə əlaqələndirirlər.