Rusiyaya çıxarılması üçün Azərbaycanda viskinin istehsalı kəskin artırılıb

16:48 - 20.05.2024


20 may, Fineko/abc.az. Rusiya bazarına çıxarılırAzərbaycan 2024-cü ilin birinci rübündə Rusiya Federasiyasına alkoqollu içkilərin ixracını böyüdüb.

ABC.AZ xəbər verir ki, sözügedən məlumat rəsmi statistik rəqəmlərdə öz əksini tapıb.

Rəqəmlərə əsasən, ilin ilk rübündə Azərbaycandan şimal qonşusuna ixracın həcmi ümumilikdə 123.9 min dekalitr təşkil edib. İxracın həcmi isə 3.97 milyon dollar təşkil edib.

2023-cü ilin ilk rübündə Rusiya Federasiyasına 100 min dekalitr və ya 2.61 mln. dollarlıq alkoqolu məhsul ixrac edilmişdi.

Cari ildəki dəyər göstəricisi öncəki ildən 52% çoxdur.

Azərbaycanın ixracında ən böyük paya viski sahibdir. Azərbaycan istehsal etdiyi viskidən bu ölkəyə 75.9 min dkl və ya 2.48 mln. dollarlıq ixrac edilib.