“Audi” Çinin “SAIC” şirkəti ilə tərəfdaşlığını genişləndirir

20:29 - 20.05.2024


20 may, Fineko/abc.az. Almaniyanın "lux" sinifli avtomobil istehsalçısı, Volksvagen Group-a daxil olan “Audi”, Çinin “SAIC” şirkəti ilə tərəfdaşlığını genişləndirir.

ABC.AZ xəbər verir ki, şirkətlər birlikdə "ağıllı" qoşulan avtomobillərin gələcək nəsilləri üçün əsas olacaq Çin üçün xüsusi hazırlanmış platformada (Advanced Digitized Platform) yeni elektrikli avtomobil modellərinin inkişafı ilə məşğul olacaqlar. 

İlk mərhələdə şirkətlər Çin bazarı üçün üç elektrikli avtomobil üzərində işləyəcəklər.

Yeni əməkdaşlıq modeli Audi-yə avtomobillərin bazara çıxarılması müddətini 30% azaltmağa imkan verəcək. Üç modeldən birincisinin 2025-ci ildə bazara çıxacağı gözlənilir.