Neft ucuzlaşmağa davam edir, Brent bir barelə $83,22 təşkil edir

09:40 - 21.05.2024


21 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə azaldıqdan sonra çərşənbə axşamı ticarətdə enməyə davam edir.

London ICE Futures birjasında Brent markalı neftin fyuçerslərinin qiyməti 09:37-dək $0,49 (0,59%) azalaraq bir barel üçün $83,22-a düşüb. 20 may ticarətinin nəticələrinə görə, Brent markalı neftin fyuçersləri $0,27 (0,32%), bir barel üçün $83,71-a qədər ucuzlaşıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fyuçersləri 09:37-dək $0,49 (0,62%) azalaraq bir barel üçün $78,81-a düşüb. 20 may ticarətinin nəticələrinə görə, WTI neftinin fyuçerslərinin qiyməti $0,28 (0,35%) azalaraq bir barel üçün $79,30-a düşüb.