“Bakı Sığorta" ASC “Azərmaş Alyans"la məhkəmə çəkişməsində

10:08 - 21.05.2024


21 may Fineko/abc.az. “Bakı Sığorta" ASC “Azərmaş Alyans" MMC-ni məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddianın qaldırılma səbəbi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər  üzrə mübahisələrdir.

Cavabdeh şəxs qisimində fiziki şəxs Mehtiyev Eldar Nazir oğlu da çıxış edir. İş Bakı Kommersiya Məhkəməsində  hakim Leyla Əliyevanın icraatındadır.