Belarus yanacaq qiymətlərini tədricən artıracaq

10:31 - 21.05.2024


21 may, Fineko/abc.az. Belarus Respublikası Nazirlər Soveti yanında qiymətlərin dövlət tənzimlənməsi məsələləri üzrə Komissiya avtomobil yanacağının qiymətlərinin tədricən artırılması barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, mayın 21-dən etibarən benzin 1 qəpik bahalaşacaq.

Yanacaqdoldurma məntəqəsində motor yanacağının pərakəndə satış qiymətlərinin səviyyəsi АИ-92-К5-Avro üçün 2,27 Belarus rublu (təxminən 0,70 dollar), AI-95-K5-Avro üçün 2,37 rubl (təxminən 0,74 dollar), AI-98-K5-Avro üçün 2,59 rubl (təxminən 0,80 dollar), dizel yanacağı üçün 2,37 rubl (təxminən 0,74 dollar) olacaqdır.

Son dəfə respublikada motor yanacağının qiymətləri bir il əvvəl dəyişmişdi.

1 qəpik artımla dəyişiklik hər həftə olacaq.