Azərbaycan bu ölkəyə heyvan dərisi ixracını kəskin artırıb

10:33 - 21.05.2024


21 may, Fineko/abc.az. Azərbaycan bu il xaricə iribuynuzlu heyvan gönündən aşılanmış dəri ixracını kəskin artırıb.

ABC.AZ xəbər verir ki, bu barədə rəsmi stiatistik rəqəmlərdə bildirilir. 

Belə ki, 2024-cü ilin birinci rübündə 101.44 min ədəd və ya 2 milyon 725.6 min dollarlıq dəri ixrac edilib.

Bu da illik müqayisədə 2 dəfədən çox artımdır. 2023-cü ilin eyni dövründə 38.8 min ədəd və ya 996.7 min dollarlıq cəmi dəri ixrac edilmişdi.

İxracda yenədə ən böyük pay (91%) Türkiyənin payına düşür. Öncəki ildə yalnız Türkiyə Azərbaycandan dəri idxalı etmişdi.