İlon Mask səhmdarları qorxutdu - Şirkətin 25%-ni mənə verin!

10:44 - 21.05.2024


21 may, Fineko/abc.az. “Tesla” avtomobil şirkəti olmaqdan əlavə, əslində süni intellekt və robototexnika şirkətidir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu "Tesla"nın rəhbəri İlon Mask bildirib. O X-dakı yazısında qeyd edib ki, bu, bütün “Tesla” səhmdarlarını qorxudub.

“Şirkətin 25%-ni mənə verməsəniz, süni intellekt və robot məhsulları istehsal etməyəcəyəm”.

Son açıqlamasında Mask, “Tesla”da süni intellekt məhsulları istehsalına davam etmək üçün şirkətə 25% nəzarət etməli olduğunu bildirdi. Hazırda “Tesla”da 13% paya sahib olan Mask, 2018-ci ildə təzminat paketinin təsdiqlənəcəyi təqdirdə bu faizi 18%-ə çatdıracaq. Lakin Mask ona 25% nəzarəti vermək üçün daha çox səhm və ya yeni səhm sinfi istəyir.