Türkiyə və Qazaxıstan ticarət dövriyyəsini 2030-cu ilə qədər 10 milyard dollara çatdırmağı planlaşdırır

12:04 - 21.05.2024


21 may, Fineko/abc.az. 2023-cü ildə Türkiyə ilə Qazaxıstan arasında qarşılıqlı ticarətin həcmi 6 milyard dollara çatıb.

ABC.AZ xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyə Milli Məclisinin sədri Numan Kurtulmuşla görüşü zamanı iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün iddialı planlar müəyyən edilib.

Tərəflər ikitərəfli ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyublar.