“Saudi Aramco” və Keniya üzən zavodun tikintisini haqqında danışıqlar aparırlar

12:24 - 21.05.2024


21 may, Fineko/abc.az. Keniya “Saudi Aramco” ilə üzən mayeləşdirilmiş neft qazı (LPG) zavodu almaq üçün danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, gəmi 30 min tona qədər yanacaq emal edə biləcək və bir müddət saxlama və doldurma zavodu kimi işləyəcək. Bu, qaz tədarükünü artıracaq, çünki ölkə mayeləşdirilmiş qaz istehsalı zavodunun tikintisinə başlayıb. Onun tikintisi üç il çəkəcək.

Yaxın iki ayda Keniya daimi obyektin tikintisi üçün tender elan edəcək. Müqavilə çərçivəsində ölkə maye qaz zavodunu gəmilərin bağlanacağı terminala birləşdirəcək dörd kilometrlik boru kəməri tikəcək.