12:28 - 21.05.2024
21 may, Fineko/abc.az. Azərbaycan Hərbi Hava Qüvvələrinin parkına modernləşdirilmiş qırıcı təyyarə olan “SU-25 ML” markalı, “Laçın” adının verildiyi təyyarə daxil edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətindən məlumat verilib. Bildirilib ki, sözügedən qırıcı analoqlarından bir sıra cəhətlərinə görə fərqlənir.
Onlardan biri həmin təyyarənin idarə olunabilən “Teber” aviasiya bombaları və raketlər, eləcə də qanadlı raketləri idarə etməyə imkan verən avadanlıqlarla təchiz olunmasıdır. Həmin silahlar da məhz Türkiyədə istehsal edilib.
Bununla yanaşı, təyyarənin komplektasiyasına raketləri lazer vasitəsilə istiqamətləndirə bilən KGK tipli avadanlıqlar da daxil edilib. Təyyarələrdə qanadların açılması hesabına uçuş məsafəsinin artırılması, kəskin hava şəraitində müşahidə qabiliyyətinin yüksəldilməsi, eləcə də ANS/KKS proqram təminatı da quraşdırılıb. (Apa)
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024