Valyuta hərracında banklar tələbi 73,5% artırıb

12:34 - 21.05.2024


21 may, Fineko/abc.az. 21 may 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərracda tələb 77,9 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub. Bu, ötən hərracdan 33 milyon dollar (73,5%) çoxdur.

Mayın 16-da valyuta hərracında Mərkəzi Bank banklara 44,9 milyon dollar satıb.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.