“Volga” markası ilə üç yeni avtomobil təqdim olunur — Variantları və tarixi açıqlanıb

16:00 - 21.05.2024


21 may, Fineko/abc.az. "Sənaye Rusiyasının rəqəmsal sənayesi" (CIPR-2024) sərgisində “Volga” markası altında üç yeni avtomobil təqdim edilib.

ABC.AZ xəbər verir ki, avtomobillər üç variantda satılacaq: “Volga C40” — D sinifli sedan, “Volga K30” — C sinif krossoveri, “Volga K40” — D sinif krossoveri. Bütün modellərdə 188 at gücündə benzin mühərriki (300 nm) və 7 pilləli avtomatik transmissiya quraşdırılıb.

Onların ağıllı sürücü yardım sistemləri var və yerli xidmətlər multimedia sisteminə inteqrasiya olunub.

Artıq 2024-cü ildə yeni “Volqa”ların buraxılması planlaşdırılır. 2025-ci ildə bütöv dövr işə salınacaq.