Özbəksitan azad edilmiş tekstil sahəsində Azərbaycanla birgə fəaliyyət göstərə bilər

16:08 - 21.05.2024


21 may, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanla tekstil sahəsində birgə fəaliyyət planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

Nazirin sözlərinə görə, başlanğıc mərhələdə 400-dən çox iş yerinin açılması nəzərdə tutulur.

"İqtisadi əlaqələrimizin digər prioritet sahəsi olan investisiya əməkdaşlığına gəlincə, ötən ilin əvvəlində 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalı ilə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətini qeyd etmək istərdim", - o deyib. (Trend)