İmişli rayonunda Özbəksitanla birgə pambıq klasteri yaradılacaq

16:15 - 21.05.2024


21 may, Fineko/abc.az. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyət istiqamətləri qarşılıqlı investisiyaları, ticarəti və bütünlükdə iqtisadi tərəfdaşlığı stimullaşdırmaqla iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin nəzərdə tutur.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Özbəkistanla tərəfdaşlığımız çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edir.

Nazir həmçinin, ölkələr arasında pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə mühüm irəliləyişlərin müşahidə olunduğunu, Azərbaycanın İmişli rayonunda birgə pambıq klasterinin yaradılması üçün işlərin görüldüyünü bildirib.