“Alibaba” və “Baidu” bir sıra dil modellərinin qiymətlərini endirdilər

09:47 - 22.05.2024


22 may, Fineko/abc.az. Çin texnologiya nəhəngləri “Alibaba” və “Baidu”, generativ süni intellekt məhsullarında istifadə olunan böyük dil modellərinə (LLM) qiymət endirimlərini elan ediblər.

ABC.AZ xəbər verir ki, bu, bulud hesablama sektorunda artan qiymət müharibəsi fonunda baş verib.
“Alibaba”nın bulud bölməsi bir sıra Tongyi Qwen modellərində qiymətləri 97%-ə endirdiyini elan edib. “Baidu”, öz növbəsində, Ernie Speed və Ernie Lite modellərinin bütün iş istifadəçiləri üçün tamamilə pulsuz olacağını bildirdi.

Çinin bulud hesablama qiymət müharibəsi bir neçə aydır davam edir. Məsələn, “Alibaba” və “Tencent” bu yaxınlarda bulud hesablama xidmətlərinin qiymətlərini aşağı salmışdırlar.