Qəhvə fyuçersləri təxminən 5% artıb

09:55 - 22.05.2024


22 may, Fineko/abc.az. Qəhvə fyuçersləri çərşənbə axşamı günü 4,7% artaraq ardıcıl üçüncü gün müsbət dinamika nümayiş etdirir.

ABC.AZ xəbər verir ki, qiymətlər də mayın 2-dən etibarən ən yüksək səviyyəyə yaxınlaşaraq funt başına 216,10 dollara çatmışdı. İlin əvvəlindən qəhvə fyuçersləri 16%-dən çox bahalaşıb.