Rusiyada kadr ehtiyatı azalıb

10:46 - 22.05.2024


22 may, Fineko/abc.az. 5,5 milyondan çox Rusiyalı 2023-cü ildə işləmək istəmiş, lakin müxtəlif səbəblərdən işləməyib

ABC.AZ xəbər verir ki, analitiklərin materiallarında göstərilir ki, 2022-ci il məlumatları ilə müqayisədə bu cür vətəndaşlar demək olar ki, 10% azalıb (587,8 min nəfər azalma). 

Kadr ehtiyatı həm rəsmi işsizlər, həm də iş tapmaq istəyən, lakin şəxsi vəziyyətlərinə görə işə başlamağa hazır olmayan insanlardır. Onların siyahısına 15 yaş və yuxarı yaşda olan vətəndaşlar da daxildir ki, bu müddət ərzində nə işləyən, nə də işsiz kimi qeyd olunmur.

Qeyd olunur ki, işsizliyin yüksək olduğu və qeyri-rəsmi sektorda çalışanların çox olduğu bölgələrdə "potensial iş axtaranların" xeyli hissəsi kiçik müəssisələrdə, ailə biznesində və mövsümi işlərdə çalışaraq qeyri-rəsmi qazanc əldə edir.