Tacikistan və Azərbaycan 700 milyon dollarlıq layihələr haqqında sazişlər imzalayıb

11:29 - 22.05.2024


22 may, Fineko/abc.az. Tacikistan və Azərbaycan, Bakıda keçirilən Sahibkarların birgə Forumunun yekunları üzrə 15-dən çox 700 milyon dollarlıq əməkdaşlıq sazişi imzalayıblar.  

ABC.AZ xəbər verir ki, forum çərçivəsində anlaşma memorandumları və ticarət sahəsində əməkdaşlıq müqavilələri bağlanıb. Tekstil istehsalı, pambıqçılıq və ixrac-idxal əməliyyatları kimi sahələrdə təcrübə mübadiləsinə yönəlmiş şirkətlər arasında konsignasiya müqavilələri də imzalanmışdır.

2023-cü ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsinin həcmi 11,4 milyon dollar təşkil edib.

Azərbaycandan Tacikistana əsas ixrac malları neft məhsulları, tikinti materialları, ərzaq mallarıdır.
Tacikistandan Azərbaycana əsas ixrac malları pambıq, quru meyvələr, alüminiumdur.