12:00 - 22.05.2024
22 may Fineko/abc.az. Azərbaycanda tələblərə cavab verməyən sığorta şirkətləri qanun çərçivəsində bazardan kənarlaşdırılacaq.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
“AMB sığorta sahəsində tənzimləyici olduqdan sonra bu sahənin inkişafı ilə bağlı böyük ölçülü strategiya həyata keçirməkdədir. Əsas məqsədlərdən biri sığorta bazarına inamı gücləndirməkdir. Bunun üçün sığortaçılara nəzarət xeyli gücləndirilib. Onların maliyyə dayanıqlığına, həm də sığortalılara qarşı rəftarlarına münasibətdə tədbirlər həyata keçirilir”, – deyə o qeyd edib.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024