Azərbaycanda daha bir vergi növü hazırlanır  

12:15 - 22.05.2024


 22 may Fineko/abc.az.    Azərbaycanda ekoloji vergilərin tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.

ABC. AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünyanın əksər ölkələrində ekoloji vergilər tətbiq olunur: “Bu il Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Ölkəmizdə ekoloji dayanıqlılığı təmin və təşviq edən vergi islahatlarının həyata keçirilməsinə zərurət var. Biz Dövlət Vergi Xidməti olaraq ekoloji vergilərin tətbiqi və ekoloji dayanıqlı iqtisadiyyatı təşviq edən islahatların həyata keçirilməsi istiqamətində ictimaiyyətlə geniş müzakirələr aparacağıq və təkliflər hazırlayacağıq”.

Ekoloji vergilər ətraf mühitə neqativ təsir edən sahələrdə fəaliyyət göstərən müəssisələrdən tutulur. Bu növ vergilər Avropa Birliyi, ABŞ, Rusiya və digər ölkələrdə tətbiq edilir.